AZ

Bakıda kollec direktoru vəzifədən GETDİ

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru İsrayıl İsgəndərov vəzifəsindən ayrılıb.Modern.az-ın məlumatına görə, bu barədə xəbəri onun özü verib.“Mən ADPK-dakı 6.5 illik fəaliyyətimi yekunlaşdırdım”, - deyə o bildirib. Təhsil ocağındakı fəaliyyətinə toxunan sabiq direktor deyib ki, onun dövründə Azərbaycan kollecləri arasında ilk dəfə ADPK qrant udub, kolleclər üçün dərslik və dərs vəsaitləri hazırlanıb, daxili imkanlar hesabına 6 kompüter laboratoriyası yaradılıb, 2018-ci ildən 7 yeni ixtsas üzrə tələbə qəbulu aparmağa icazə verilib.Qeyd edək ki, köhnə adı "M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu" olan ADPK Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
6
modern.az

7Mənbələr