AZ

Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub 

  Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Qeyd edək ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.

Evakuasiya prosesi davam edir.

Seçilən
28
15
referans.az

10Mənbələr