“Qalatasaray”dan ayrılan Fernando Musleranın yeni klubu müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, uruqvaylı qolkiper karyerasını Argentinada davam etdirəcək.
Muslera “Estudiantes”lə anlaşıb. 38 yaşlı qolkiper La Plata təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacaq.
Muslera 2011-2025-ci illədə “Qalatasaray”ın formasını geyinib.