Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Valyuta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4.19 ABŞ dolları və ya 5.7% artaraq 77,64 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,45 ABŞ dolları təşkil edib.