AZ

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,19ABŞ dolları, yaxud 5,7 % artaraq 77,64 ABŞ dolları təşkil edib.

Demokrat.az xəbər verir ki, bu barədə "report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 75,19ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,19 ABŞ dolları və ya 5,8 % artaraq 76,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
52
25
demokrat.az

10Mənbələr