İsrail bu gün səhər saatlarında Mehrabad hava limanında İran qırıcı təyyarələrinin anqarına zərbə endirib.

İndex.az bu barədə İran mediasına istinadən xəbər verir.

“Hücumlar hava limanında partlayışlara səbəb olub, lakin uçuş-enmə zolaqlarına, binalara və ya qurğulara zərər vurmayıb”, – məlumatda qeyd olunub.

Bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri “sübh çağı düşmən hücumlarını dəf etmək üçün” işə salınıb.