İranın “Araş” tipli kamikadze dronları İsraildə bir sıra hədəfləri vurub.
“Bakuinfo” xəbər verir ki, bu barədə “Nour Nyus” agentliyi məlumat yayıb.
Daha əvvəl İsrail ordusu İrana məxsus PUA-ların aşkarlanması ilə əlaqədar ölkənin şimalında bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan etmişdi.
***
İsrail Müdafiə Qüvvələri iki İran PUA-sının ölkənin hava hücumundan müdafiə sistemlərini yara bildiyinə dair məlumatı təsdiqləyib.
İki mərmi Qəzza sektorunda sərhəd bölgəsinə düşüb.
Mərmilərin açıq əraziyə düşdüyü bildirilir. Xəsarət alan olmayıb.