AZ

Moqul üzrə Dünya Kuboku Azərbaycanda keçiriləcək

BAKI, 14 iyun. TELEQRAF

İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının (AWSF) FIS-ə tam üzvlüyü qəbul edilib.

Bu barədə Teleqraf-a AWSF-dən məlumat verilib.

AWSF tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı ilin 14-15 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Seçilən
30
4
teleqraf.com

3Mənbələr