AZ

Roberto De Zerbi: “İtaliya PSJ-ni tanımırdı”

Marsel “Olimpik”inin baş məşqçisi, 46 yaşlı italyan mütəxəssis Roberto De Zerbi maraqlı və cəsarətli açıqlaması ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, De Zerbi “Supernova” podkastında, “İnter”in UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün final oyununda Fransa nəhəngi PSJ-yə 0:5 hesablı məğlubiyyətində italyan futbolunun təqsirkar olduğunu bildirib:

“Onlar Usman Dembelenin bunca hazırlıqlı olduğunu, Dezire Duenin Lamin Yamalla eyni səviyyədə istedada malik olduğunu, Vitinyanın hazırda dünyanın bəlkə də ən güclü mərkəz yarımmüdafiəçisi olduğunu, güman ki, bilmirdilər. İtaliya PSJ-ni tanımırdı. İtaliya onları qiymətləndirmədi, bu məsələdə italyan futbolu özünəarxayın idi, “İnter” yox”, deyə Roberto De Zerbi vurğulayıb.

Əlavə edək ki, bir çox aparıcı təhlilçilər də De Zerbinin müvafiq qənaətini paylaşırlar.

Xatırladaq ki, bu məğlubiyyət “İnter”in avrokuboklar tarixində ən böyükhesablı məğlubiyyəti olmaqla yanaşı, UEFA Çempionlar Liqasının final oyunlarında da ən böyükhesablı məğlubiyyətdir.

Seçilən
41
arena.az

1Mənbələr