“Zirə” 2 futbolçu ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məqsəd İsayev və Pyer Zebliylə klub arasında imzalanmış müqavilə başa çatıb.
“Zirə” hər iki futbolçuya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Zirə" bunadək Rüstəm Əhmədzadə ilə də yollarını ayırıb.