AZ

İordaniya hava məkanını mülki uçuşlar üçün açdı

İordaniya hakimiyyəti ölkənin hava məkanını mülki uçuşlar üçün açmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə İordaniyanın dövlət xəbər agentliyi "Petra" məlumat yayıb.

Hava məkanının yerli vaxtla səhər saat 7.30-dan (Bakı vaxtı ilə 9.30-dan) açıq olduğu bildirilir.

Qeyd edək ki, İordaniya və regionun bəzi digər ölkələri İsraillə İran arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar hava nəqliyyatını dayandırıb.

Seçilən
37
publika.az

1Mənbələr