AZ

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib - FOTOLAR

Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib.

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, tədbirdə Şuşa şəhəri üzə xüsusi nümayəndə Aydın Kərimov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri, Azərbaycan Respublikası Təhsil İnstitutunun vəzifə səlahiyyətlərini icra edən Elnur Əliyev, Qarabağ Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, Şuşa şəhər Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak edib. 

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.

Məktəblilərin ifasında ədəbi- bədii kompazisiyalar nümayiş etdirilib. 

Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.

Seçilən
52
2
operativmedia.az

8Mənbələr