AZ

Rusiyanın Xalq artisti İlham Əliyevə təşəkkür etdi

"İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".

Modern.az xəbər verir ki, bu sözləri Astara sərhəd-buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk deyib.

F.Bondarçuk bildirib ki, qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır:

"Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm".

Seçilən
11
12
modern.az

3Mənbələr