Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu. “Mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakı siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrini özündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərin münasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tarixi mərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eyni mövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək. Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhlizi qlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.”
10Mənbələr
-
demokrat.azKamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” ( 18238540)
-
veteninfo.azKamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” ( 18236848)
-
demokrat.azKamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” ( 18234151)
-
ikisahil.azKamaləddin Qafarov: Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir ( 18232189)
-
manset.az“Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” ( 18231694)
-
moderator.az“Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” - Kamaləddin Qafarov ( 18231007)
-
az.trend.azŞuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir - Kamaləddin Qafarov ( 18230425)
-
day.az“Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” - Kamaləddin Qafarov ( 18230239)
-
milli.azKamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” ( 18229774)
-
Reportyor.tv“Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” - Qafarov ( 18229258)