Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” bu gün 2025-2026-cı illər mövsümünün hazırlığına başlayacaq.
İdmanxeber.az xəbər verir ki, Naxçıvan klubu bu gündən Bakıda məşqlərə start verir. Elmar Baxşıyevin komandası iyulun 2-dək paytaxtda hazırlıq keçəcək.
Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. 3-17 iyul aralığında qardaş ölkədə toplanışda olacaq “Araz-Naxçıvan” hazırlıq müddətində 4 yoxlama oyunu keçirəcək. Hələlik rəqiblərin adları və oyunların tarixləri açıqlanmayıb.