İrandan təxliyə olunmalı 88 nəfərdən 56-sı artıq Azərbaycanın ərazisindədir. Onların arasında rejissor Fyodor Bondarçuk və onun çəkiliş qrupunun üzvləri də var.
ONN media xəbər verir ki, bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib.
“Hazırda 88 nəfərdən 56-sı Azərbaycan Respublikasının ərazisindədir. Sərhəd keçidi davam edir”, – deyə səfirliyin mətbuat xidmətindən bildirilib.
Səfirlik Rusiya vətəndaşlarının təxliyəsi və onların oteldə yerləşdirilməsi üçün nəqliyyatın təşkili sahəsində göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.