AZ

Tehran aeroportunda partlayış olub | VİDEO

AzVision.az İranın “Tasnim” dövlət agentliyinə istinadən xəbər verir ki, partlayış hava limanının əsas binalarına və əsas infrastrukturuna təsir etməyib. Hadisə 4 saylı terminalın yaxınlığında, döyüş təyyarələri olan anqarlardan və texnikanın yerləşdiyi obyektlərdən uzaqda baş verib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb.

Tramp: “İsrailin zərbələri mənim üçün sürpriz deyildi”| VİDEO
Hücum nəticəsində İranın hərbi elitası və nüvə proqramı ilə məşğul olan alimləri sırasında ciddi itkilər yaşanıb.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Əsl vəd 3” əməliyyatının başladığını elan edərək İsrailə raket zərbələri endirib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib.

İsrail tərəfinin verdiyi açıqlamaya görə,İranın atdığı 100-ə qədər raketlərdən bəziləri paytaxt Təl-Əvivə düşüb. Bu zərbələr nəticəsində dörd adamın öldürüldüyü bildirilir.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
22
1
azvision.az

2Mənbələr