“İranın dağıdıcı hücumları davam edəcək və müharibə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına da yayılacaq”.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu “Fars Today”a İran ordusunun hərbi komandirlərinə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, ötən gecə İranın başladığı hücumlar davam etdiriləcək və daha geniş əraziyə yayılacaq. Tehranın hücumlara görə İsraillə yanaşı ABŞ-ı da günahlandırdığı bildirilir.
Nəticə olaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına da hücumlar olacaq.
Qeyd edək ki, bir neçə gün öncə rəsmi Vaşinqtonun regiondakı səfirliklərini bağladığı, əməkdaşlarını təxliyə etdiyi və hərbi bazalarda təhlükəsizlik səviyyəsini artırdığı açıqlandı.