Şahmatçımız Eltac Səfərli Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" turnirində medal şansını qoruyur.
"Football-plus.az" xəbər verir ki, o, səkkizinci turda gürcü Nikoloz Petriaşvilini məğlub edib.
6,5 xal toplayan Səfərli əlavə göstəricilərə görə Momçil Petkov (Bolqarıstan) və Kirill Alekseyevi (Avstriya) geridə qoyaraq dördüncü yerdədi.
Şahmatçımız lider norveçli Elham Amardan yarım xal geri qalır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta