AZ

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

Azercell Amazon Web Services ilə əməkdaşlıq çərçivəsində tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə "DataMinds Azercell" bootcamp təşəbbüsünü elan edir.

Mia.az xəbər verir ki, bu proqram Azərbaycanda data sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, layihə tələbələrin akademik biliklərinin müasir sənayenin tələbləri ilə uzlaşdırılmasına dəstək göstərərək, onların peşəkar mütəxəssislər kimi formalaşmasını hədəfləyir.

Proqramı uğurla bitirən iştirakçılar sertifikatla təltif olunacaq və Azercell-də data sahəsi üzrə təcrübə keçmək imkanı əldə edəcəklər. Ətraflı məlumat və suallar üçün: [email protected]

Seçilən
4
10
mia.az

10Mənbələr