AZ

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb (FOTO)

Bakı. Trend:

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindənməlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce”MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” müəssisəsinin istehsalıolan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi“Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi”ninistehsalı olan 2100 kq yodlaşdırılmış duz məhsulundan AQTAtərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodunmiqdarının normadan aşağı olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək,məhsul partiyası məhv edilib.

İdxal
İdxal
İdxal
Seçilən
0
15
az.trend.az

10Mənbələr