AZ

Prezidentin köməkçisi: Köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var

“Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır?”...

APA-nın məlumatına əsasən, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) panelində bildirib.

O həmçinin, “Bakı – Tbilisi - Qars” dəmiryolu xəttinin inşası zamanı AvropaABŞ-dakı fondların sözügedən layihəni maliyyələşdirməkdən imtina etməsinə də toxunub.

Prezident köməkçisi deyib ki, sözügedən layihənin icrasına başlandığı zaman AvropaABŞ-da fəaliyyət göstərən maliyyə fondları onun maliyyələşdirilməsindən imtina edib:

“Bizim köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var. Çünki biz investisiya, eləcə də regional əməkdaşlıq imkanlarına malik bir ölkəyik. Azərbaycanın eyni zamanda regionda yerləşən qardaş ölkələrlə regional tərəfdaşlığı mövcuddur. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə “Bakı – Tbilisi – Qars” dəmiryolu xəttini inşa etmişik. Bu layihənin icrasına başlanıldığı vaxtda AvropaABŞ-dakı fondlar onun maliyyələşdirilməsini dayandırdılar. Biz də dedik ki, yaxşı, layihəni elə isə öz fondlarımız hesabına həyata keçirərik. Biz öz nəqliyyat infrastrukturu sistemimizi Mərkəzi Asiyadakı qardaş ölkələrlə əlaqələndirdik. Xəritəyə baxdığınızda görərsiniz ki, üç qonşu dövlət olan Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır? Əgər siz tərəfdaşsınızsa, bizə qoşula bilərsiniz. Lakin indiyədək bizə Avropa İttifaqının nə istədiyi aydın deyil”.

Poliqon.info

Seçilən
105
11
poliqon.info

10Mənbələr