AZ

EAPCA-nın Milli Məclisdə görüşü keçrildi - FOTOLAR

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) nümayəndə heyəti Milli Məclisdə Azərbaycan–Finlandiya və Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri ilə görüş keçirib.

QHT.az xəbər verir ki, EAPCA-nın İdarə Heyətinin üzvləri, o cümlədən Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Oqtay, həmçinin Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni Azərbaycan Respublikasının Milli Məclisində rəsmi görüşlərdə iştirak ediblər.

Nümayəndə heyəti əvvəlcə Azərbaycan–Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Razi Nurullayev, daha sonra isə Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Tənzilə Rüstəmxanlı ilə görüş keçiriblər.

Görüşlər zamanı Avro-Atlantik məkanında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə platforması olan EAPCA-nın əsas məqsədləri, həyata keçirdiyi layihələr və lobiçilik fəaliyyəti barədə geniş məlumat təqdim olunub. Nümayəndələr EAPCA-nın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan diasporunun gücləndirilməsi və Avropa institutları ilə tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat veriblər.

Millət vəkilləri təqdim edilən təşəbbüsləri yüksək qiymətləndirərək, diaspor təşkilatlarının bu kimi fəaliyyətlərinin Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynadığını vurğulayıblar. 
Təşkilatımız adından dəyərli millət vəkilimiz Tənzilə xanım Rüstəmxanlıya və Razi Nurullayevə dərin təşəkkürümüzü bildiririk.

Seçilən
7
qht.az

1Mənbələr