Bakı. Trend:
Xaçmaz şəhəri, Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdətəşkil olunan “Son zəng” tədbirində Rayon İcra Hakimiyyətininbaşçısı Elnur Rzayev, Elm və Təhsil Nazirliyinin Stratejiplanlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla XəlilovaRzazadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri CoşqunƏliyev, şagirdlər və valideynlər iştirak ediblər.
Trend xəbərverir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ÜmummilliLider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev məzunlarıvə pedaqoji kollektivi Milli Qurtuluş Günü və “Son zəng” münasibətiilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanıntəhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Xaçmaz rayonundayeni məktəblər tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub,təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisinkeyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb.
Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icrayanəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə qeyd edib ki, bugün Azərbaycanın gələcəyi üçün layiqli, vətənpərvər gəncləryetişir. Dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçünprioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarınahər cür şərait yaradılır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev ötəntədris ilində region üzrə təhsil sahəsində qazanılan uğurlar vəəldə olunan naliyyətlər barədə məlumat verib. Xaçmaz şəhəri, CəfərCabbarlı adına 6 saylı tam orta məktəbin məzunlarının buraxılışimtahanlarında əldə etdikləri nəticələrin qənaətbəxş olduğunuvurğulayıb.
Tədbirdə çıxış edən valideynlər təhsilin inkişafına göstəriləndiqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarınıbildiriblər.
Rəsmi hissədə tədris ili ərzində Respublika Fənn Olimpiadasındavə Fənn müsabiqəsində fərqlənən şagirdlər Fəxri Fərman və xatirəhədiyyələri ilə mükafatlandırılıb.
Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədiikompozisiyalarla davam etdirilib.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədiklərion bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.