AZ

Devid Bekhem cəngavər məqamına yüksəldi

İngiltərə futbolunun əfsanəsi, keçmiş yarımmüdafiəçi Devid Bekhemə yüksək məqam – cəngavər rütbəsi verilib.

Arena.az məlumat verir ki, Bekhem cəngavər-bakalavr adına layiq görülüb və şəxsinə “ser” deyə müraciət edilməsi hüququna sahib olub.

Bekhemin həyat yoldaşı Viktoriya Bekhem isə “ledi” deyə müraciət edilməsi ilə şərəfləndirilib.

Bekhem özünün futbol karyerası və xeyriyyəçilik fəaliyyəti müqabilində müvafiq məqama layiq görülüb.

Təltifat mərasiminndən sonra Bekhem özünün şəxsi sosial şəbəkə hesabları üzərindən Bekhemlər ailəsi adından təəssüratını paylaşıb:

“Ekoloji təhsil, ənənəvi irs və davamlı quruluş sahələrində təşəbbüslər sayəsində həyatı dəyişən insanları ilhamlandıraraq, vaxtını müvafiq surtədə keçirmək əladır. Bütün qalibləri təbrik edirik”, – Bekhem dərc edib.

Devid Bekhem “Mançester Yunayted”in məzunudur. Futbolçu karyerası ərzində Bekhem “qırmızı şeytanlar”ın heyətində parlayıb, eləcə də “Preston Nort End”, “Real”, “Los-Anceles Qelaksi”, “Milan” və PSJ-də oynayıb.

Devid Bekhem 1996-cı ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 115 oyuna 17 qol və 42 məhsuldar ötürmə ilə fərqlənib.

Futbolçu ikən Bekhem müxtəlif qənimətlər və fərdi uğurlara müvəffəq olub, eləcə də futbolun pop mədəniyyəti ilə bir araya gəlməsində əsas simaya çevrilib. Müvafiq cərəyan hazırda da davam edir və müasir futbolçuların da “Bekhem yolu”nu getməsinə səbəb olur. Söhbət dəbdəbə və cazibədar həyat tərzindən gedir.
Futbolçu karyerasını başa vurduqdan sonra Bekhem futbolda kommersiya fəaliyyətinə baş vurub, hazırda isə “İnter Mayami”nin həmsahibidir.

Seçilən
78
arena.az

1Mənbələr