AZ

Fyodor Bondarçuk Rusiya vətəndaşlarının İrandan təxliyə olunmasında göstərilən yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

BAKI,TurkicWorld

Rusiya Federasiyasının Xalq Artisti, rejissor Fyodor Bondarçuk Rusiya vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

TurkicWorld xəbər verir ki, bunu CBC-yə müsahibəsində Rusiya Federasiyasının Xalq Artisti, rejissor Fyodor Bondarçuk İrandan Azərbaycana sərhəd vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi zamanı deyib.

"Mən Prezident İlham Əliyevə İranla Azərbaycan arasındakı sərhədi keçməkdə göstərilən misilsiz yardıma görə təşəkkür edirəm. Əslində, hər kəs kömək etdi. Rusiyanın Tehrandakı səfirliyi və konsulluğu barədə də deməliyəm. Onlar bizi demək olar ki, sərhədin qapısına qədər müşayiət etdilər", – deyə o qeyd edib.

O həmçinin, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə də təşəkkürünü bildirib.

"Qrupda 90 nəfər var, hamısı sağ-salamatdır. Onlar indi sərhədi keçir. Bir hissəsi bu gün, digərləri isə Bakıda qalıb bir qədər sonra yola düşəcəklər. Hamımız bir az yorğunuq", – deyə Bondarçuk əlavə edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Seçilən
22
19
turkic.world

10Mənbələr