"Sportinq"in futbolçusu Viktor Dyökereş "Mançester Yunayted"ə keçməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, isveçli hücumçu yekun qərarını "qırmızı şeytanlar"ın rəhbərliyinə bildirib.
Bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.
Dyökereşlə bir çox klub yaxından maraqlanır.
"Sportinq" rəhbərliyi onu aşağı məbləğə buraxmaq istəmir.
O, başa çatan mövsüm 53 oyunda 55 qol vurmağı bacarıb.