“Napoli” heyətinə yeni futbolçu qatıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi müdafiəçi Luka Marianuççini “Empoli”dən alıb. Müqavilənin müddəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, tən mövsüm Marianuççi A seriyasında 18 oyuna çıxıb və 6 qol ötürməsi verib.