AZ

Xizək alpinizmi üzrə Avropa çempionatı Şahdağda keçiriləcək

Bu sözləri "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Dövlət Turizm Agentliyi və Mərkəzin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı ilə əlaqədar media nümayəndələrinə məlumat verərkən dilə gətirib. Şahdağda baş tutan mediaturda o vurğulayıb ki, 2025-ci ilin ilk yarısında mərkəzimizə170 min 785 nəfər turist gəlib.Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% artım deməkdir. Turistlərdən 90 min 890 nəfər isə Şahdağ ərazisindəki hotellərdə gecələyib.

Onun sözlərinə görə, hazırda Şahdağ ərazisindək 15 kanat yolu fəaliyyət göstərir. Keçən ilin dekabrından bəri yeni kanat yolları da açılıb:

"Eyni zamanda, ümumilikdə 35 km xizək yolu, 538 süni qarlandırma aparatı, 500 nəfərlik xizək stadionu, 1800 metr uzunluğa malik yeni yamac turistlərin xidmətindədir. Əyləncə obyektlərinin sayı 40-a, iaşə obyektlərinin sayı isə 30-a çatdırılıb".

Rüstəm Nəcəfov vurğulayıb ki, "Şahdağ" Turizm Mərkəzinin yalnız qış mövsümündə yox, ilboyu fəaliyyət göstərməsi qarşıda duran əsas hədəflərdən biridir. Bu məqsədlə qış mövsümü başa çatdıqda bəzi mümkün əyləncə obyektləri turistlərin istismarı üçün açıq saxlanılır:

"Bu kimi addımların nəticəsində aprel və may ayları kimiqeyri-mövsümi aylarda 600-800 nəfər yerli və əcnəbi turist mərkəzimizi ziyarət edir".

O diqqətə çatdırıb ki, yay mövsümünün açılışı ilə əlaqədar lazımi hazırlıq işləri aparılıb, hotellərin infrastrukturu təkmilləşdirilib, yenidənqurma və bərpa işləri aparılıb, yay mövsümündə istifadəsi nəzərdə tutulan kanat yollarının texniki baxışdan keçirilib:

"2025-ci il ərzində mühüm tədbir sayılan xizək alpinizmi üzrə Dünya Kuboku Şahdağda baş tutub. Bu müsabiqədə 26 ölkədən 130 idmançı iştirak edib. Yarışın yüksək səviyyədə keçməsi səbəbi iləAvropa çempionatının və növbəti Dünya Kubokunun da Şahdağda keçirilməsi qərara alınıb".

AzVision.az
Seçilən
24
1
azvision.az

2Mənbələr