AZ

Qarabağ “DOST Evi”nə yeni benefisiarlar qəbul edilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 iyun, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialına Bərdə, Tərtər və Ağdam rayonları üzrə həssas əhali qruplarına aid daha 19 vətəndaş qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, filialın Qiymətləndirmə Komissiyası tərəfindən onların yaradıcılıq qabiliyyəti qiymətləndirildikdən sonra müəssisədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb ediliblər.

Bərdədəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən filialda hazırda 33 benefisiar müxtəlif xidmət istiqamətlər (floristika, kulinariya, təsviri incəsənət, xalçaçılıq, toxuma, tikmə və bədii oyma) üzrə təlimlərdə bacarıqlarını təkmilləşdirir. Onların iştirakı ilə infotur, konsert və sərgilər də təşkil edilir.

Hazırda Qarabağ “DOST Evi”nə qəbul prosesi davam edir. Əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri Qarabağ “DOST Evi”nin xidmətlərindən yararlana bilərlər.

Qəbul üçün DOST mərkəzlərinə və Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür. Mərkəzin rəsmi sosial media hesablarına və 142 Çağrı Mərkəzinə müraciət etməklə ətraflı məlumat almaq olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

3Mənbələr