AZ

İsrail “məhv etdik” demişdi MAQATE təkzib etdi, vura bilməyiblər

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail ordusu İranın Natanz və İsfahan nüvə obyektlərini vurduqlarını açıqlaqlasa da, MAQATE-nin direktoru Qrossi bu iddianı təkzib edərək, Natanzın yeraltı hissəsinin hədəfə alınmadığını bildirib.Ölkə.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossinin  İsrail İranın Natanz nüvə obyektinin yeraltı hissəsinə hücumu zamanı zərbə endirə bilmədiyini bəyan edib.Obyektdəki elektrik infrastrukturunun məhv edildiyini bildirən Qrossi qeyd edib ki,  nüvə obyektlərinə heç bir halda hücum edilməməlidir.Nüvə obyektlərinin təhlükəsizliyinə təhlükə yaradacaq hər hansı hərbi əməliyyatın İran və region üçün ciddi nəticələri olacağını vurğulayan Qrossi, Natanz Nüvə Müəssisəsi ərazisindən kənarda radioaktivlik səviyyəsinin dəyişmədiyini qeyd edərək, bu hadisənin ictimaiyyətə və ətraf mühitə hər hansı xarici radioloji təsirinin olmadığını qeyd edib.

"Lakin bu təsirlərə görə Natanzdakı obyektlərin daxilində radioloji və kimyəvi çirklənmə var. Müəssisənin daxilində mövcud olan radiasiya növü, xüsusilə də alfa hissəcikləri müvafiq radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər", - Qrossi bildirib.Mürtəza

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
olke.az

2Mənbələr