AZ

Ən çox dəyişiklik Konfrans Liqasında olub

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA 2025/26 mövsümünün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında klubların mübarizəyə hansı seçmə mərhələdən başlamaları ilə bağlı dəyişiklikləri təsdiqləyib.

İdman.biz xəbər verir ki, buna səbəb Rusiya futbol komandalarının beynəlxalq yarışladan kənarlaşdırılmasının davam etməsidir.

Çempionlar Liqası

Yenilənmiş bölgüyə əsasən, iki klub seçmə mərhələyə birinci deyil, ikincidən başlayacaq:

Pafos (Kipr)

Ferentsvaroş (Macarıstan)

Avropa Liqası

Oxşar üstünlüyü bir klub əldə edib və o da ikinci seçmə mərhələdən başlayacaq:

Midtülland (Danimarka)

Konfrans Liqası

Ən çox dəyişikliklər bu yarışa təsir edib. Reytinqə görə birinci mərhələdən başlamalı olan altı klub mübarizəyə birbaşa ikinci mərhələdən qoşulacaq:

Sarayevo (Bosniya və Herseqovina)

Vaduts (Lixtenşteyn)

Akureyri (İslandiya)

Danqanon Svift (Şimali İrlandiya)

Düdelanj (Lüksemburq)

Banqa Qarqjday (Litva)

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
icma.az

2Mənbələr