AZ

Hikmət Hacıyev: Azərbaycan özünü regiondakı ticarətin yeni dinamikasına hazırlayır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.

H. Hacıyev qeyd edib ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə sərmayə qoyub və yük daşıma qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün yaxın zamanda əlavə sərmayə yatırıb:

“Bununla yanaşı, Bakı limanlarının imkanlarını genişləndirmək üçün də əlavə sərmayə qoyuruq. Yəni biz özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayırıq”.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
9
cebheinfo.az

10Mənbələr