ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
"15 iyun sıradan bir gün deyil. 15 iyun Azərbaycanın parçalanma təhlükəsindən qurtulduğu, dövlətçiliyimizin məhv olmasından xilas edildiyi tarixdir".Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili qeyd edib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən Bakıya qayıdıb siyasi hakimiyyətdə təmsil olunmasaydı bu gün Azərbaycanın mövcudluğundan danışmaq çətin olardı:"Faktiki olaraq 1993-cü ilin iyununda Azərbaycanda hazırlanmış ssenari ondan ibarət idi ki, ölkəmizin müstəqilliyinə son qoyulsun, Azərbaycan bir neçə yerə parçalansın. Həmin ssenarini hazırlayan xarici güclər və onların daxildəki əlaltıları təsəvvür edə bilmirdilər ki, Ulu Öndər Naxçıvandan Bakıya qayıdıb təhdid və təhlükələri zərərsizləşdirə biləcək".Millət vəkili deyib ki, ümummilli lider xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq qısa müddətdə vətəndaş müharibəsinin qarşısını ala, sabitliyi bərpa edə bildi:"Tezliklə siyasi sabitliyi bərpa edən Ulu Öndər ölkədə iqtisadi və sosial inkişafa da nail oldu. Ümummilli liderin siyasi təcrübəsi və gərgin fəaliyyəti nəticəsində 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan sürətli iqtisadi inkişaf dövrünə qədəm qoydu".Millət vəkili qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət günümüzdə Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:"Məhz zamanında Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasət nəticəsində biz ötən illər ərzində neftdən gələn gəlirlər hesabına büdcəmizi artıra, hərbi potensialımızı gücləndirə bildik. Bu da bizə 44 günlük Vətən Müharibəsində tarixi zəfərə imza atmağımıza imkan yaratdı".İlham Məmmədov qeyd edib ki, bu günlər Qurtuluş Günü Ümummilli lider Heydər Əliyevin istədiyi, arzu etdiyi ərazi bütövlüyü bərpa olunmuş bütöv Azərbaycanda qeyd edilir:"Bu mənada deyə bilərik ki, Ulu Öndərin ruhu şaddır. Çünki Heydər Əliyevin də ən böyük arzusu ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması idi"Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.