AZ

Nərimanovda quldurluq edən şəxs saxlanılıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nərimanov rayonunda quldurluq edən şəxs saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən 35 yaşlı Füzuli Rzayev saxlanılıb.

Belə ki, o, gecə saatlarında yolda qarşılaşdığı zərərçəkənə fiziki zor tətbiq edərək pul vəsaitini və digər qiymətli əşylarını ələ keçirib. Daha sonra F.Rzayev zərərçəkmişin telefonundakı mobil tətbiq vasitəsilə onun bank kartındakı 1200 manatı da öz hesabına köçürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
10
apa.az

10Mənbələr