Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb".
Bakupost.az xəbər verir ki, "Report"un məlumatına əsasən, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025" forumunda "Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?" mövzusunda keçirilən paneldə danışıb.
O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur:
"Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.