AZ

Vüqar Kərəmov “Rizin”də növbəti qələbəsini qazanıb

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Vüqar Kərəmov bu gün növbəti döyüşünü keçirib.

İdman.biz xəbər verir ki, MMA döyüşçüsu “Rizin Landmark 11” turnirində mübarizə aparıb.

71 kq çəkidə çıxış edən Kərəmov yaponiyalı Şuya Kimura ilə üz-üzə gəlib. Yaponiyanın Sapporo şəhərində baş tutan döyüş həmyerlimizin qələbəsi başa çatıb.

Vüqar “Rizin” çərçivəsində keçirdiyi 10-cu görüşdə 7-ci qələbəsini qazanıb. 5 döyüşün hamısında qalib gələn Kimura isə ilk dəfə məğlubiyyətə üzülüb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

4Mənbələr