AZ

Odessa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti keçirilib

ain.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 14 iyun, AZƏRTAC

Müharibə şəraitində Ukraynada yaşayan azərbaycanlıların, soydaşlarımızın problemlərini yerindəcə həll etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin bölgələrdə səyyar konsulluq xidməti davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi iyunun 14-də Odessa şəhərindəki “Azərbaycan Evi”ndə soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib.

Səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov və Pərviz Əsədov Odessa vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini dinləyiblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

Səyyar qəbulda Odessada ilk dəfə olaraq mobil pasport avadanlıqları ilə pasport müraciətləri də qəbul olunub.

Q.Ağadadaşov vurğulayıb ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulub.

Səyyar görüşlərin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar verməkdir.

Qeyd edək, Azərbaycanın Ukraynadakı səfirliyi iyunun 7-də İvano-Frankovsk şəhərində də yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
azertag.az

3Mənbələr