AZ

Hikmət Hacıyev: Cənubi Qafqaz ən stabil regionlardan biridir

“Dünyada baş verənlərə geniş məcrada yanaşsaq və müqayisə etsək görərik ki, Cənubi Qafqaz ən stabil regionlardan biridir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.

O, keçmişdə qalan Qarabağ münaqişəsi və Ermənistanla bu problemin həlli üçün vaxtilə aparıkan danışıqlar prosesinə də toxunub, hazırda sülh istiqamətində davam edən səyləri də dəyərləndirib:

“Azərbaycan Cənubi Qafqaz regionunda bir sıra dəyişiklərin baş verməsinə səbəb olub. Hazırda regionda pozitiv vəziyyət və yeni “status-kvo” formalaşıb. Təəssüf ki, bu Ermənistanın xoş niyyəti əsasında baş verməyib. Çünki Azərbaycan 30 il heç bir real nəticə verməyən danışıqlar prosesinə ümidlə yanaşıb. Lakin bu, keçmişdə qalıb. İndi isə regionda real sülh mövcuddur. Ermənistan və Azərbaycan arasında de-fakto sülh var. Hazırda dünyada baş verənlərə geniş məcrada yanaşsaq və müqayisə etsək görərik ki, Cənubi Qafqaz ən stabil regionlardan biridir”.

Seçilən
18
4
apa.az

5Mənbələr