AZ

Ağstafada da cari tədris ilinin başa çatması münasibəti ilə ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin başa çatması ilə əlaqədar bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir. O cümlədən Ağstafa rayonunun hər bir ümumi təhsil müəssisəsinin ərazisində baş tutan “Son zəng” tədbirləri xoş ovqatla, yaddaqalan və təhlükəsiz qaydada keçməsi üçün müvafiq təlimata uyğun təşkil olunub. Tədbirlərdə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub.

Ağstafa RİH başçısı Seymur Orucov Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseydə keçirilən “Son zəng” tədbirində iştirak edərək estafeti qəbul edən birinciləri və yeni həyata qədəm qoyan məzunların yaddaşında ömürlük sevincli iz buraxacaq bu əlamətdar gün münasibəti ilə təbrik edib. RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli mənafelər üzərindən qurularaq ölkəmizin dayanıqlı inkişafına hesablanmış təhsil siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin diqqət və qayğısına, eləcə də müəllim və valideynlərin zəhmətinə məzunların layiqincə, savad və bilikləri ilə, Vətənə layiqli vətəndaş kimi qarşılıq verəcəklərinə əminlik ifadə olunub.

Təhsillərində yüksək nəaliyyətlər əldə edən məzunlar müvafiq diplomlara layiq görülüblər, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib və xatirə şəkilləri çəkdirilib.

Seçilən
20
1
moderator.az

2Mənbələr