Ağdamın kənd, qəsəbə, eləcə də abidələri ilə bağlı növbəti layihənin icrasına başlanılır.
Trend-in məlumatına görə, bu dəfə rayonun Xındırıstan kəndində və Quzanlı qəsəbəsində abadlıq işləri aparılacaq.
Belə ki, bu işlər çərçivəsində Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evləri əsaslı təmir olunacaq, Xındırıstan kəndində isə abadlıq və yaşıllaşdırma tədbirləri görüləcək. Bundan əlavə, Ağdam rayonu ərazisində bir sıra abidələrin abadlaşdırlması işləri də həyata keçiriləcək.
Ağdam Rayon İcra Hakmiyyəti (RİH) qeyd olunan işlərlə bağlı artıq müvafiq tədbirlərə start verib.
RİH hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirmək mərhələsindədir.
Eyni zamanda icra hakimiyyəti bəhs olunan işlərin təqribən 913 min manata başa gələcəyini proqnozlaşdırıb.