İmişli sakini qonşusunu ov tüfəngi ilə qətlə yetirib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, İmişli şəhər sakini, 1978-ci il təvəllüdlü Qəhrəmanov Səxavət Mikayıl oğlu ov tüfəngi ilə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini, 33 yaşlı Elşən Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.