AZ

İran İsrailin F-35 qırıcısını vurduğu İDDİA EDİR

İran İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısını vurduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.

"Hava hücumundan müdafiə qüvvələri ölkənin qərb səmasında daha bir İsrail “F-35” qırıcısını uğurla vuraraq məhv edib”, - məlumatda deyilir.

Qeyd edilib ki, pilot katapult edib. Məlumata görə, İran hərbçiləri ölkə səmasında vurulan İsrail F-35-in pilotunu əsir götürüb.

Seçilən
72
50
modern.az

10Mənbələr