"Şamaxı" futbolçusu Rafael Məhərrəmli ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Bölgə təmsilçisi 25 yaşlı oyunçunun anlaşmasının müddətini daha 1 mövsümlük uzadıb.
Xatırladaq ki, bölgə təmsilçisi bu yay Rikardu Fernandeş, Alfons Msanqa və Abdulla Seydəhmədovla da müqavilə yeniləyib.