AZ

Sevgilisinin atasını və qardaşını GÜLLƏLƏDİ

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Karaman şəhərində gecə saatlarında baş verən silahlı insident şəhəri dəhşətə gətirib. Ali T. adlı şəxs, dostu Necati A. ilə birlikdə sevgilisinin evinə gedib və burada ailə üzvləri ilə mübahisə edib. Qısa müddət sonra isə hadisə faciəyə çevrilib.

News24.az xəbər verir ki, hadisə Müminə Xatun məhəlləsində baş verib. İddialara görə, Ali T. sevgilisinin atası Hüseyn Göktaş (54 yaş) və onun böyük oğlu Mehmet Ali Göktaş (32 yaş) ilə naməlum səbəbdən mübahisə edib. Gərginliyin artmasından sonra, Ali T. avtomobilinə tərəf gedərək pompalı ov tüfəngi götürüb və ata ilə oğluna atəş açıb.

Qurbanlar qan içində yerə yıxılıb. Ətrafdakıların çağırışı ilə hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Yaralılar dərhal Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Mehmet Ali Göktaşın vəziyyətinin ağır olduğu bildirilir.

Silahlı hücumdan sonra Ali T. və Necati A. hadisə yerindən qaçıb. Hazırda polis qrupları şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.

Rəsmi mənbələr hadisənin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirir. Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi güman edilir.

Səma Orucova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
news24.az

2Mənbələr