Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin iyunun 14, 15 və 16-sı tarixlərinə planlaşdırılan Tel-Əviv, Nyu-Dehli, İslamabad, Ər-Riyad və Tehrana reysləri ləğv edilib.
Bu barədə Aznews.az“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.
İyunun 14-nə AZAL-ın 5 reysi - Bakı – Tel-Əviv – Bakı (J2 331/332), Bakı – Nyu-Dehli – Bakı (J2 057/058), Bakı – İslamabad – Bakı (J2 143/144), Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204), Bakı – Tehran – Bakı (J2 8017/8018) ləğv edilib.
İyunun 15-nə Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322), iyunun 16-na isə Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322), Bakı – Tehran – Bakı (J2 8017/8018) reysləri baş tutmayacaq.
Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.