AZ

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Azertag saytına istinadən ain.az xəbər verir.

Roma, 14 iyun, AZƏRTAC

İtaliyanın Baş naziri Ciorcia Meloni Yaxın Şərqdəki böhranla əlaqədar dünya və Avropa liderləri, eləcə də region ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloni ilə ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Fridrix Merts və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında məsləhətləşmələr olub.

İtaliyanın Baş naziri, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə telefon danışığında diplomatik həlli təşviq etmək üçün birgə işləməyi müzakirə edib.

Bundan başqa, Ciorcia Meloni İsrailin Baş naziri Benyamin Netanyahu ilə də fikir mübadiləsi aparıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
azertag.az

4Mənbələr