AZ

Keçmiş prezident Paşinyanı məhkəməyə verdi

Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanı məhkəməyə verib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Ötən gün məhkəməyə təqdim olunan iddialarda Robert Köçəryan Paşinyan və Simonyandan böhtan xarakterli məlumatı təkzib etməyə məcbur olmasını tələb edib.

Xüsusilə, Nikol Paşinyana qarşı qaldırılan iddiada Robert Köçəryan Paşinyanın “məhkəmə qərarı Robert Köçəryanın rüşvətxor olduğunu müəyyən edib” ifadəsini təkzib etməyi tələb edir. Eyni zamanda, Robert Köçəryan mənəvi ziyana görə Nikol Paşinyanın öz xeyrinə 6 milyon dram təzminat tələb edir. 

Alen Simonyana qarşı qaldırılan iddiaya gəlincə, Robert Köçəryan Alen Simonyandan üzr istəməyi, həmçinin böhtan təşkil edən məlumatı təkzib etməyə borclu olmağı tələb edir. Xüsusilə, brifinqlərin birində Alen Simonyan Robert Köçəryanın “casus” olduğunu bildirib. İkinci prezident təkzib və üzrxahlıq mətnlərinin dərci ilə yanaşı, böhtana görə 6 milyon dram, təhqirə görə isə 3 milyon dram məbləğində mənəvi ziyana görə təzminat tələb edir. 

Ağarza Elçinoğlu 

Seçilən
14
unikal.az

1Mənbələr