“Sülh razılaşmasının mətni Bakıda hazırlanıb. Onun fundamental prinsipləri də rəsmi Bakı tərəfindən tərtib olunub”.
Aznews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.
O Birləşmiş Krallıqla İrlandiya Respublikası arasında sənəd imzalanmazdan əvvəl Krallığın sonuncunu Konstitusiyanı dəyişdirilməsinə vadar etdiyini nümunə göstərib: “Layihə Ermənistan tərəfinə təqdim edilib. Bu, növbəti dəfə Azərbaycanın Cənubi Qafqaz regionunu transformasiya etmək istiqamətindəki siyasi hazırlığını göstərir. Bəli, Sülh müqaviləsinin mətninin layihəsini razılaşdırmışıq, lakin iki məsələ bizim üçün çox vacibdir. Biz başa düşürük ki, Konstitusiya istənilən ölkənin siyasi dinamizminin tərkib hissəsidir, lakin əgər Konstitusiyada digər ölkənin ərazisinə iddialar varsa, bu, artıq narahatlıq doğuran bir məsələdir. Çünki Ermənistanın Müstəqillik Bəyannaməsində və bu dövlətin Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var. “Miatsum” Qarabağın Ermənistana birləşdirilməsi deməkdir. Həmin sənəddə Şimali İrlandiyaya qarşı ərazi iddiaları mövcud idi. Nəticədə bu müddəa dəyişdirildi".