AZ

Onlar "Turan Tovuz"a problem yaradırlar

"Turan Tovuz" yeni mövsümün hazırlıqlarına indidən başlayıb.

İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, Kurban Berdiyev qarşıdakı "futbol ili" üçün güclü kollektiv formalaşdırmaq istəyir.

Bildiyiniz kimi, Qərb təmsilçisi müqavilə müddətləri başa çatan futbolçular - İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yollar ayrılıb.

Kurban Berdiyev daha 3 futbolçunun üzərindən xətt çəkib. Söhbət Rüfət Əhmədov, Veysəl Rzayev və Tural Bayramlıdan gedir. Hər üç futbolçunun "Turan Tovuz"la 2026-cı ilə qədər sazişi var. Adları çəkilən oyunçular klubdan müqavilə müddətlərini əhatə edən əmək haqlarının ödənilməsini tələb edir. Əks təqdirdə, bu şəxslər komandadan ayrılmaq istəmirlər.

Klub rəhbərliyi və futbolçular arasında danışıqlar davam edir.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr